Təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku üçün yeni tarix müəyyənləşib
Bakı, 4 iyun, AZƏRTAC
Beynəlxalq Gimnastika Federasiyası (FIG) “COVID-19” pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə dünya kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, aprelin 24-26-da Bakıda təşkil edilməli olan dünya kuboku gələn ilin mayında baş tutacaq. Belə ki, Olimpiya Oyunlarına təsnifat xarakterli bu yarış 2021-ci il mayın 7-9-da eyni məkanda - Milli Gimnastika Arenasında keçiriləcək.
Olimpiadaya təsnifat xarakterli bədii gimnastika üzrə digər dünya kuboku turnirləri gələn il aprelin 9-11-də Sofiyada (Bolqarıstan), həmin ayın 16-18-də Daşkənddə (Özbəkistan) və iyunun 11-13-də Pesaroda (İtaliya) təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]