TEXNİKİ UNİVERSİTETDƏ MƏZUN GÜNÜ KEÇİRİLMİŞDİR
Universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək, bu ali təhsil ocağını bitirən 838 məzunu təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Təhsil nazirinin müavini Elmar Qasımov, rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini İltimas Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və başqaları məzunlara xoş arzularını bildirərək, onları müstəqil ölkəmizin iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırmışlar.
Çıxış edən məzunlar gənclərə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, bir mütəxəssis kimi doğma Azərbaycanın inkişafına sədaqətlə xidmət edəcəklərinə söz vermişlər.
Sonra məzunlara diplom və xatirə hədiyyələri təqdim edilmiş, tələbə özfəaliyyət kollektivinin konserti olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]