Azərbaycan Dövlət İnformasiya Agentliyi

Teymur Kərimli: Bütün dünya bilir ki, Nizami Gəncəvi Azərbaycan şairidir

Teymur Kərimli: Bütün dünya bilir ki, Nizami Gəncəvi Azərbaycan şairidir

Bakı, 11 mart, AZƏRTAC

İran tarix boyu Azərbaycana pis, şovinist münasibət bəsləyib. Şovinizm dünyadakı bəzi xalqlar üçün bir bəladır. İrandakı Azərbaycan səfirliyinə silahlı hücum göstərir ki, bu dövlətin içində tarix boyu türklərə, azərbaycanlılara qarşı bir kin olub. Ona görə də həmişə Azərbaycanı elə qələmə vermək istəyirlər ki, guya azərbaycanlılar, türklər köçəri xalqdır, Turandan köçüb və heç bir mədəniyyəti yoxdur. Hətta Azərbaycanın “Kitabi-Dədə Qorqud” kimi qlobal səviyyəli bir əsərini, Nizami Gəncəvi kimi dünya səviyyəli filosof-şairini, mütəfəkkirini hansısa vasitə ilə əlimizdən almağa çalışırlar, müxtəlif bəhanələr gətirirlər. Bəli, Nizami farsca yazıb, çünki onun yaşadığı XII əsrdə “Azərbaycan ədəbi məktəbi”, “poetik məktəbi” adlı bir anlayış vardı. Buraya Nizami Gəncəvi, Xəqani Şirvani, Məhsəti Gəncəvi, Fələki Şirvani, Nüsrəddin Beyləqani kimi böyük şairlər daxil idi. Onlara “dəri dillilər” deyilirdi. Müasir fars dili həmin dil deyil. Müasir fars dili kobud dildir. Dəri dili cilalanmış ədəbi, poetik dil idi. Bu dildə başda da Nizami Gəncəvi olmaqla, bizim Azərbaycan şairləri özlərinin humanist fikirlərini insanlara çatdırırdılar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli deyib.

“Əlbəttə, Nizaminin türk olması çoxdan sübut edilmiş bir faktdır. Məhəmmədəmin Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərində onun türk olmasının çoxsaylı sübutlarını, motivlərini göstərib. Bu gün də bizim tədqiqatçılar bu sahədə çalışır, kitablar, məqalələr yazılır. “Scopus” elmi bazasında Nizami Gəncəvinin türk olması barədə mənim ingilis dilində bir çox fikirlərim gedib. Həmin məqalə dünyada 20 min kitabxananın fondunda var. O məqaləni təkzib etmək mümkün deyil. Çünki orada dəlillər, sübutlar var. Məsələn, Nizaminin avtobioqrafik materiallarla zəngin olan “Leyli və Məcnun” poemasında şair öz anasının kürd qızı olduğunu bildirib, “Xosrov və Şirin” poemasında isə özünü “ikdiş” adlandırıb. Bu, türk sözüdür. Bu söz XI əsrdə yaşamış Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində var. “İkdiş” iki millətdən doğulmuş uşaq deməkdir. Burada Nizami “sirkə” deyərkən öz kürd anasını, “bal” deyərkən isə türk atasını nəzərdə tutub. Yəni, əgər Nizami fars olsaydı, belə bir sözü deyə bilərdimi?”, - deyə Teymur Kərimli qeyd edib.

O, həmçinin diqqətə çatdırıb ki, Nizami “Leyli və Məcnun” poemasında Leylini, “Xosrov və Şirin”də isə Şirini və onun ətrafındakıları dəfələrlə türk adlandırır. Poemanın bir yerində isə Məhin Banu Şirinə öyüd verərkən Xosrovu iranlıların əfsanəvi hökmdarı Keyxosrovla, özlərini isə türklərin əfsanəvi hökmdarı Əfrasiyabla (Alp Ər Tonqa) müqayisə edir ki, bu da istər Məhin Banunun, istərsə də Şirinin türk olmasına heç bir şübhə yeri qoymur. Poemanın sonunda Nizami öz oğlunu “türkzadə” adlandırır. Məlumdur ki, “zadə” sözü adətən ata adına artırılır. Nizami də öz oğluna “türkzadə” deyərkən onun türk qızından doğulmasını deyil, özünün türk olmasını nəzərdə tutub.

Teymur Kərimli vurğulayıb ki, fars poeziyasının ən böyük nümayəndələrindən biri olan Firdovsidən fərqli olaraq, Nizaminin dilində çoxlu türk sözləri işlədilib. Bu da Nizamidə fars təəssübkeşliyinin olmadığını göstərir. Nizamidə zadəganlıq olsaydı, Firdovsi kimi o da əsərlərini sırf fars sözləri ilə yaradardı. Amma Nizami tolerant idi, bütün xalqlara, millətlərə açıq gözlə, səmimi baxırdı, eyni zamanda, öz millətini, özünün türk xalqını çox yüksək qiymətləndirirdi.

“Bu cür misallar çox gətirilib, ancaq təəssüf ki, İran şovinistlərinin gözü o qədər kor, qulaqları o qədər kar, ürəkləri o qədər daşdır ki, bütün bu dəlillərə, sübutlara qiymət verə bilmirlər və ya vermək istəmirlər. Baxmayaraq ki, onların ən böyük tədqiqatçısı, alimi Səid Nəfisi vaxtilə deyirdi: “Nizamidən və Xəqanidən türk iyi gəlir”. Yəni, onların əsərlərində fars mentaliteti, fars şüuru, şovinizmi yoxdur. Türklər bütün mədəniyyətlərə açıq, səmimi millətdir. Onlar erməni və farslar kimi qapalı millət deyil. Müasir tədqiqatçılar da deyirlər ki, Nizami Gəncəvi, Xəqani Şirvani və XII əsr Azərbaycan poeziya məktəbinin digər nümayəndələri fars dilinin Şimal-Qərb dialektində yazırdılar. Şimal-Qərb dialekti yox idi, onlar, sadəcə, türkcə düşünüb farsca yazdıqlarına görə digərlərindən fərqlənirdilər”, - deyə Əlyazmalar İnstitutunun baş direktoru əlavə edib.

Onun sözlərinə görə, dövlətimizin Nizami Gəncəvini bütün dünyada Azərbaycan şairi kimi təbliği kursu getdikcə öz bəhrəsini verməkdədir. Ermənilər, farslar bunu görməsələr də, bütün dünya bilir ki, Nizami Gəncəvi Azərbaycan şairidir.

Teymur Kərimli, həmçinin qeyd edib ki, müasir nizamişünaslığın tədqiqinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Bu gün bu kurs Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən çox yüksək, səmərəli şəkildə davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb