TEYMUR RƏCƏBOV KEÇMİŞ DÜNYA ÇEMPİONUNU MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Teymur Rəcəbov Rusiyanın Elista şəhərində keçirilən FİDE-nin Qran-pri turnirinin 3-cü turunda növbəti qələbə qazanaraq liderliyə yüksəlmişdir.
Bu tur çərçivəsində keçmiş dünya çempionu, Özbəkistan qrossmeysteri Rüstəm Kasımcanovla qarşılaşan T.Rəcəbov “siciliya müdafiəsi”ndə 35-ci gedişdə rəqibini məğlub etmişdir.
Şəhriyar Məmmədyarov fransalı Etyen Bakro, Vüqar Həşimov isə çinli Van Yu ilə görüşlərini heç-heçə başa vurmuşdur.
Turnirin digər qarşılaşmaları belə nəticələnmişdir:
P.Leko-İ.Çeparinov - 1:0, D.Yakovenko-A.Qrişuk - 0,5:0,5, E.İnarkiyev -V.Akopyan - 0,5:0,5, P.Elyanov-Y.Alekseyev - 1:0.
Üç turdan sonra T.Rəcəbov 2,5 xal, V.Həşimov, A.Qrişuk, D.Yakovenko - hər biri 2 xal, Ş.Məmmədyarov, P.Elyanov, V.Akopyan, E.İnarkiyev, P.Leko - hər biri 1,5 xal, Y.Alekseyev, E.Bakro, Van-Yu, R.Kasımcanov və İ.Çeparinov - hər biri 1 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]