“The Korea Times” qəzetində Azərbaycanın xarici işlər nazirinin müsahibəsi dərc olunub
Bakı, 15 fevral, AZƏRTAC
Koreya Respublikasının ingilisdilli “The Korea Times” qəzetində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə müsahibə dərc olunub.
AZƏRTAC xəbər verir ki, nazir Azərbaycanın xarici siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqların gedişi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın yeni neft-qaz yataqlarının istismarı və Trans-Xəzər qaz kəmərinin tikilməsi baxımından perspektivləri barədə sualları cavablandırıb.