Tibb Universitetində tələbələrin intellektual yarışının qalibləri məlum olub
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş intellektual yarış keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, başlıca məqsədi istedadlı tələbələrin üzə çıxarılmasına xidmət edən yarışda hər komandada 5 nəfər olmaq şərtilə 20 komanda iştirak edib.
Yarışın yekununa əsasən “Eclipse” komandası birinci yeri tutub. Sonrakı yerlərə isə “Gryffindor” və “Fortiori” komandaları çıxıblar.
Qaliblərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.