Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Times of Israel”: Ermənistan Azərbaycanın yüzlərlə tarixi abidəsini məhv edib

“Times of Israel”: Ermənistan Azərbaycanın yüzlərlə tarixi abidəsini məhv edib

Bakı, 27 sentyabr, AZƏRTAC

ABŞ-da nəşr olunan nüfuzlu “Times of Israel” yəhudi qəzetində bir neçə gün əvvəl dərc edilmiş bir məqalədə özünü “İraq Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşma tərəfindən mədəni abidələrin məhv edilməsindən bəhs olunur. Nəşr öz oxucularının diqqətini bir fakta da cəlb edir ki, İŞİD tarixi abidələrə qarşı soyqırımında tək deyil, Ermənistan Respublikası da müntəzəm şəkildə bununla məşğul olur.

Məqalənin müəllifi İsrael Baruk İŞİD-in Suriyada Bel və ya Palmira kimi ən qədim tarixi abidələri dağıtmasını və məhv etməsini, toz buludunun havaya qalxmasını müşahidə edərkən dəhşətli hisslər keçirdiyini qeyd edir. Müəllif yazır: “Bu tarixi abidələrin dağıdılması 2000 illik tarixi olan Baalşamin ziyarətgahının işğalından cəmi bir həftə sonra baş verdi. Bu vəhşiliyə yeganə cavab yalnız ürək ağrısı, bir də dərin nifrət hissi oldu. Bu gün biz İŞİD-in mənfur hərəkətlərini müşahidə edərək, dünyamızın mədəni təkamülü tarixinə qarşı təcavüzün şahidləriyik. Terrorçular yüzilliklərin abidələrini vəhşicəsinə məhv edərək tarixi saxtalaşdırmaq, onun gedişatını dəyişdirmək istəyirlər”.

İsrael Baruk yazır ki, bizim dünyamızın əvəzolunmaz abidələri müntəzəm şəkildə məhv edilir və belə problemlərlə üzləşən ölkələrdən biri də Azərbaycandır. O yazır: “European Business Review” qurumunun İŞİD ilə problemlərin həllinin axtarışı haqqında bu yaxınlarda dərc edilmiş məruzəsində vurğulanır ki, müasir Azərbaycan Qafqazın və Yaxın Şərqin çox hissəsini cənginə almış ekstremizmdən, fundamentalizmdən və radikal zorakılıqdan uzaqdır. Azərbaycan dünyəvi, mütərəqqi, müasir, bütün etnik və dini azlıqlara münasibətdə multikultural və tolerant ölkədir. Radikalizmin və ekstremizmin qarşısını almış bu ölkə ABŞ və İsrail ilə çoxillik möhkəm strateji əlaqələrə malikdir. Ölkənin bu pozitiv inkişafı Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlandığı bir şəraitdə baş verir. XX əsrin 90-cı illərində Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış zorakı qanlı müharibənin nəticələri hələ də davam edir. Azərbaycanın işğal edilmiş rayonları etnik təmizləməyə məruz qalıb, buna görə də bir milyona yaxın azərbaycanlı öz qədim torpaqlarından xüsusi qəddarlıqla qovulub”.

Yazıda bildirilir ki, Ermənistan etnik və mədəni təmizləmə siyasətini təkcə hərbi əməliyyatlar zamanı tətbiq etməklə kifayətlənməyib, atəşkəs rejiminin gedişatında da bu siyasətini davam etdirir. “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 1994-cü ildən mədəniyyətə qarşı soyqırımı, mədəni təmizləmə həyata keçirir, buna görə də Azərbaycanın yüzlərlə tarixi abidəsini, qəbiristanlıqlarını, dini sitayiş yerlərini, əcdadların yadigarlarını dağıdıb, bütöv Azərbaycan kəndlərini yerlə-yeksan edib. 2010-cu ildə İsveçrə jurnalisti Andre Vidmer Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə baş çəkib və sonra erməni işğalçıları tərəfindən Azərbaycanın qədim mədəni və tarixi abidələrinin yerlə-yeksan olunmasını təsvir edib. O, Azərbaycanın viran edilmiş şəhərləri arasında konkret olaraq Ağdam şəhərini qeyd edərək bildirir ki, işğala qədər Ağdamda yalnız azərbaycanlılar yaşayırdı. Hətta bu gün, atəşkəs haqqında saziş imzalanmasından 20 ildən artıq müddət keçəndən sonra da işğalçılar Ağdamı qarət etməkdə və dağıtmaqda davam edirlər... Bir vaxtlar öz gözəlliyi və zənginliyi ilə seçilən bu şəhər heç kəsin yaşamadığı tənha, qorxunc və bədbəxt bir məkana çevrilib. Qafqaz üzrə məşhur mütəxəssis, britaniyalı Tomas de Vaal Ağdamda ermənilər tərəfindən törədilmiş dağıntıları görəndə sarsılaraq bu şəhəri “Kiçik Xirosima” adlandırıb.

Müəllif qeyd edir ki, indi Ermənistan hökuməti əvvəllər əhalisi yalnız azərbaycanlılardan ibarət olan işğal edilmiş rayonlarda “qədim erməni sivilizasiyası”na aid heç olmasa bir element tapmaq üçün xüsusi canfəşanlıqla çalışır. Bundan başqa, Ermənistan işğal edilmiş torpaqlarda azərbaycanlıların olmasının bütün izlərini silməyə çalışaraq həmin rayonlarda Azərbaycan toponimlərinin, şəhərlərin və kəndlərin adlarını erməniləşdirmək siyasətini səylə tətbiq edir. İŞİD terrorçuları kimi, Ermənistan da tarixi faktları saxtalaşdıraraq və məhv edərək yeni tarix yaratmağa çalışır. İŞİD tarixi yenidən yazmaq istədiyi kimi, erməni işğalçıları da bütün tarixi faktları təftiş etmək istəyirlər. Mədəni təmizləmə və mədəni soyqırımı işğalçıların prioriteti olub. Onlar bütün əndazələri aşaraq Azərbaycanın işğal edilmiş torpaqlarında mədəni təmizləməyə başlayıblar. Vaxtilə Ermənistanda 300 min yerli azərbaycanlı əhalinin yaşamasına dəlalət edən çoxsaylı mədəniyyət abidələri, azərbaycanlılara aid artefaktlar dağıdılıb, məhv edilib. Ermənistanda yaşayan bu 300 min azərbaycanlı müharibənin lap əvvəlində öz torpaqlarından qovulub. Erməni müxbirin Ermənistanda məhv edilmiş Azərbaycan qəbiristanlıqları haqqında lentə aldığı kadrlar bunu sübut edir”.

İsrael Baruk məqaləsinin sonunda qeyd edir ki, Ermənistan tərəfindən qeyri-insani hərəkətlərə (təsirlərə) baxmayaraq, Azərbaycan inkişaf və sabitlik adasına çevrildi. Müəllif öz mülahizələrini belə yekunlaşdırır: “Suriyada bel, İraqda qədim Nimrud şəhəri və ya Azərbaycanda tarixi Ağdam şəhəri - sivilizasiya tarixinin bu abidələrinin tamamilə məhv edilməsi bizim kollektiv mövcudluğumuzun fundamental tarixinə qəsd deməkdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir