Tofiq Eyvazov: Ölkəmizdə perspektivli idmançıların aşkarlanmasına və milliyə cəlb olunmasına diqqət yetirilir
Balakən, 19 dekabr, AZƏRTAC
2017-ci il Azərbaycan idmanı üçün uğurlu oldu. Cari ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edildi. Yüksək təşkilatçılıq Azərbaycanın təkcə Avropada deyil, İslam ölkələri arasında da lider dövlət olmasının göstəricisidir.
Bu sözləri Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi, Əməkdar Məşqçi Tofiq Eyvazov AZƏRTAC-a müsahibəsinə deyib.
Bildirib ki, əldə olunan bu uğurlar bizim məsuliyyətimizi bir az da artırır. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Bütün bunlar ölkəmizin nüfuzundan, iqtisadi cəhətdən yüksəlişindən və tərəqqisindən xəbər verir.
“Cari ildə Hacı Əliyev güləş, Məhəmmədrəsul Məcidov isə boks üzrə üçqat dünya çempionu adını qazandılar və ölkəmizin üçrəngli bayrağını dünya çempionatında dalğalandırdılar. İdmanda inkişaf maddi-texniki bazaya əsaslanır. Gənclər və İdman Nazirliyi həmişə bunu diqqət mərkəzində saxlayır. Perspektivli idmançıların aşkarlanması və milli komandaya cəlb olunması, yığmanın heyətinin formalaşdırılması istiqamətində lazımi addımlar atır. Sinqapurda və Çində təşkil olunan yeniyetmələrin Yay Olimpiya Oyunlarında əldə olunan nailiyyətlər gənc idmançılar üçün yaradılan şəraitin bəhrəsidir”, - deyə Tofiq Eyvazov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]