Tom Kristensen F 1 Azərbaycan Qran-Prisinin üçüncü stüard hakimidir
Bakı, 26 aprel, AZƏRTAC
“Le-Manın 24 saatı” marafonunun doqquzqat qalibi Tom Kristensen F 1 Azərbaycan Qran-Prisində üçüncü stüard hakimi olmağa dəvət edilib.
AZƏRTAC xəbər verir ki, onunla birlikdə FIA Dünya Avtomobil İdmanı Şurasının üzvü Harri Konelli və İdman Kodeksi üzrə Beynəlxalq Komissiyanın üzvü Dennis Din də mübahisəli məsələləri araşdıracaqlar.
Tom Kristensen ötən il İspaniya və Meksika Qran-Prisində stüard hakim olub. Bu mövsümün Avstraliyadakı ilk mərhələsində üçüncü stüard hakim rolu Formula 1-in keçmiş pilotu, dözümlülüyə görə yarışların dəfələrlə qalibi olmuş Emanuel Pirroya, Bəhreyndə və Çində isə Denni Sallivana həvalə olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]