Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib
Bakı, 12 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, XIV turun iki qarşılaşmasının vaxtı dəyişdirilib. Belə ki, “Sumqayıt”-“Zirə” və “Neftçi”-AZAL oyunları dekabrın 16-na təyin olunsa da, klubların xahişi əsasında bir gün sonraya keçiriləcək. Klublar PFL-ə müraciət edərək Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə Azərbaycan Premyer Liqasında ilin sonuncu turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətiriblər. Müraciəti nəzərə alan Peşəkar Futbol Liqası turun bütün oyunlarının dekabrın 17-də keçirilməsinə qərar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]