Azərbaycan Dövlət İnformasiya Agentliyi

TOVUZ OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏMƏLQOYMA MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz tovuzlular!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Çox şadam ki, yenidən Tovuzdayam və bu gözəl gündə, əlamətdar gündə sizinlə birlikdəyəm. Bu gün Tovuzda müasir Olimpiya kompleksinin təməlqoyma mərasimində bərabər iştirak edirik. Mən əminəm ki, qısa müddət ərzində, gələn il bu Olimpiya kompleksinin tikintisi başa çatacaq və biz yenə də görüşəcəyik, bir yerdə olacağıq.

Bu Olimpiya mərkəzinin Tovuzda yaradılması çox böyük əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Olimpiya idman mərkəzi deyil, eyni zamanda, turizmin inkişafı üçün çox gözəl dəstək olacaqdır. Burada gözəl mehmanxana, üzgüçülük hovuzu, gözəl idman salonları olacaq, yarışların, təlim-məşq toplanışlarının keçirilməsi üçün bütün şərait yaradılacaqdır. Bildiyiniz kimi, Azərbaycanda belə gözəl olimpiya qurğularının tikintisi geniş vüsət almışdır. Bu gün səhər mən Qazax rayonunda gözəl olimpiya mərkəzinin açılışında iştirak edirdim və bir daha gördüm ki, bizim nə qədər böyük potensialımız var, nə qədər böyük imkanlarımız var. İndi Azərbaycanda istənilən infrastruktur obyekti, istənilən müəssisə, sosial obyekt, o cümlədən idman qurğuları dünyanın ən yüksək standartlarına uyğun şəkildə yaradılır. Azərbaycanda son illər ərzində 11 müasir olimpiya idman kompleksi yaradılmışdır və hamısı da ən yüksək dünya standartları səviyyəsindədir. Mən əminəm ki, Tovuzda tikiləcək kompleks də dünya standartları səviyyəsində olacaq və rayonun inkişafına öz töhfəsini verəcəkdir.

Mən çox şadam ki, Tovuzda indi işlər çox sürətlə aparılır. Bu gün buraya gəlməzdən əvvəl Tovuzda görüləcək işlərlə tanış oldum, gördüm ki, çox böyük planlar var: həm abadlıq-quruculuq işləri, həm tarixi yerlərin bərpası, həm də insanları narahat edən sosial problemlərin həlli, su kəmərinin çəkilişi, məktəb tikintisi. Yəni bütün sahələrdə, bütün ölkəmizdə olduğu kimi, Tovuzda da çox böyük imkanlar var. İnkişaf üçün imkanlar var ki, rayon əhalisi daha da gözəl şəraitdə yaşasın. Tovuzun çox böyük potensialı var, çox böyük rayondur. Mən çox istərdim ki, Tovuz çiçəklənsin, inkişaf etsin. Burada güclü sənaye potensialı yaradılsın, kənd təsərrüfatı inkişaf etsin, bütün sosial məsələlər öz həllini tapsın. Əlbəttə, mən əlimdən gələni edəcəyəm ki, biz birlikdə buna nail ola bilək.

Bildiyiniz kimi, Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Mən dəfələrlə bəyan etmişəm ki, biz insanlar üçün yaşayırıq, insanlara xidmət etmək üçün işləyirik. Mən əsas vəzifəni bunda görürəm. Həm ölkənin iqtisadi potensialını möhkəmləndirmək, həm də insanları narahat edən bütün problemləri uğurla həll etmək - bu iki istiqamətdə Azərbaycanda çox böyük işlər görülübdür, xüsusi proqramlar icra olunur. Biz tam şəkildə bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İqtisadiyyatımızın 81 faizi özəl sektorda formalaşıbdır. Ancaq bununla bərabər, sosial məsələlərin həlli də həmişə diqqət mərkəzindədir və belə də olmalıdır. Bəzi hallarda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq olunanda sosial ədalət prinsipləri bir qədər kölgədə qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi, onların keçid dövrünün təcrübəsi bunu göstərir. Biz isə çalışırıq ki, Azərbaycanda bazar iqtisadiyyatı, iqtisadi islahatlar sürətlə aparılmaqla bərabər, insanların həyat səviyyəsi də yaxşılaşsın. Bir çox hallarda çox ciddi islahatlar aparılan zaman cəmiyyətdə sosial gərginlik artır. Bunun qarşısını almaq üçün, sosial məsələlərin həlli üçün müxtəlif proqramlar icra olunur. Minimum əmək haqqı, minimum pensiyalar mütəmadi qaydada qaldırılır. Ehtiyac içərisində yaşayan təbəqə üçün ünvanlı sosial yardım nəzərdə tutulubdur. Yoxsulluqla mübarizə proqramı uğurla icra edilir və Azərbaycanda yoxsulların sayı kəskin şəkildə aşağı düşübdür. Ümid edirəm ki, biz Azərbaycanda yoxsulluğun tamamilə aradan qaldırılmasına nail olacağıq.

Yəni, bu bizim prinsipial mövqeyimizdir, bizim siyasətimizdir və Azərbaycanda görülən işlərin, icra olunan bütün proqramların əsas məqsədi insanlarımızın daha da yaxşı yaşamasıdır. Bunu nəzərə alaraq, bildiyiniz kimi, Azərbaycanda indi yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisi də başlanmışdır. Müxtəlif bölgələrdə bu komplekslərin tikintisi nəzərdə tutulur. Biz vaxtilə olimpiya komplekslərinin tikintisinə başlayanda, - nəzərə almalıyıq ki, bunları bir ildə, iki ildə bütün bölgələrdə etmək mümkün deyil, - çalışırdıq ki, hər bir bölgədə olimpiya kompleksi yaradılsın. İndi isə çalışırıq ki, hər bir rayonda olimpiya kompleksi yaradılsın.

Eyni yanaşma müalicə-diaqnostika mərkəzlərinin tikintisində də mövcuddur. Biz ilk mərhələdə çalışırdıq və nəzərdə tutmuşduq ki, hər bir bölgədə belə mərkəzlər yaradılsın ki, insanlar ondan daha da rahat istifadə edə bilsinlər. Ancaq növbəti mərhələdə, əlbəttə, hər bir rayon mərkəzində belə müalicə-diaqnostika mərkəzinin tikintisi nəzərdə tutulacaqdır. Bu bölgədə Gəncə və Qazaxda nəzərdə tutulmuşdu. Qazaxda işlər artıq başa çatmaq üzrədir, Gəncədə də işlər gedir. Ancaq icra hakimiyyəti başçısının müraciətini və Tovuz rayonunun potensialını, əhalisinin çoxluğunu nəzərə alaraq, mən hesab edirəm ki, biz yaxın vaxtlarda burada da müasir müalicə-diaqnostika mərkəzinin tikintisinə başlamalıyıq. Mən bununla əlaqədar müvafiq göstərişləri verəcəyəm.

Bildiyiniz kimi, indi ölkəmizdə quruculuq, abadlıq işləri çox sürətlə gedir. Bizim iqtisadi potensialımız möhkəmlənir, büdcə gəlirləri və xərcləri kəskin şəkildə artır. İqtisadi artım dünyada analoqu olmayan sürətlə gedir. Biz son üç il ərzində bu göstəriciyə görə dünyada birinci ölkəyik, aparıcı yerdəyik. İqtisadi islahatlar, eyni zamanda, sosial siyasətin güclənməsi - bütün bunlar bizim imkanlarımızı artırır. Azərbaycanın dövlət büdcəsi ildən-ilə yüksək sürətlə artır. Bu yaxınlarda Milli Məclisdə bu məsələyə yenidən baxıldı və Azərbaycanın dövlət büdcəsi yenidən artırıldı. Bu il Azərbaycanın büdcə xərcləri 6,3 milyard manatdır. Bu da təxminən 7,4-7,5 milyard dollar təşkil edir. Biz nəzərə almalıyıq ki, bir neçə il bundan əvvəl dövlət büdcəmiz cəmi 1 milyard dollar idi. Görün, nə qədər artım var, imkanlar nə qədər artıbdır. Əsas məsələ ondadır ki, büdcə xərcləri ilk növbədə, sosial məsələlərin həllinə yönəldilsin, eyni zamanda, infrastruktur layihələrinin həllinə və Azərbaycanda güclü qeyri-neft sektorunun inkişafına yönəldilsin. Bu məqsədlə bizim xüsusi proqramlarımız var, o cümlədən sənaye inkişafı proqramı, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı. Mənə dünən verilən məlumata görə, 2003-cü ilin oktyabr ayından bu ayın sonuna qədər Azərbaycanda 552 min yeni iş yeri açılmışdır. Yəni, bu çox böyük göstəricidir. Bu, onu göstərir ki, bizim iqtisadi inkişaf proqramımız, regional inkişaf proqramımız uğurla icra edilir. Yoxsulluq azalır, işsizlik azalır və imkanlarımız da artır.

Əminəm ki, kənd təsərrüfatında aparılan islahatlar öz bəhrəsini verəcəkdir. İndi biz kənd təsərrüfatında artımı görürük. Müxtəlif proqramlar həyata keçirilir. “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılıbdır. Azərbaycanda artıq kənd təsərrüfatı texnikasının istehsalına başlanılıb və əminəm ki, yaxın zamanlarda kəndlilərə çox böyük sayda texnika veriləcəkdir. Kənd təsərrüfatına dəstəyin artırılması üçün büdcədə 80 milyon manat dotasiya nəzərdə tutulubdur. Sahibkarlığın, kənd təsərrüfatının, qeyri-neft sektorunun, yerli sənayenin inkişafı, idxalı əvəz edə biləcək məhsulların istehsalı - Azərbaycanın qeyri-neft sektoruna aid olan ümumi inkişaf konsepsiyası budur. Bir daha demək istəyirəm ki, biz bu sahədə böyük uğurlar qazanmışıq. Ancaq, əlbəttə ki, hələ böyük problemlər var və onların həlli bizim üçün ən başlıca vəzifədir. Elə olmalıdır ki, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapsın. Azərbaycanda minimum əmək haqqı insanın minimum tələbatını ödəsin, baxmayaraq ki, bu sahədə də böyük artım var. Bu gün Azərbaycanda orta əmək haqqı 200 dollardır. İlin sonuna qədər yenə də artacaqdır. Ancaq onu da etiraf etməliyik ki, bütün kateqoriyalardan olan insanlar bu əmək haqqını almır. Büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların əmək haqqı baxmayaraq ki, bir neçə dəfə qaldırılıb, ancaq hələ ki, bizi qane etmir.

Azərbaycanda orta pensiya 58 manatdır. Əvvəlki illərlə müqayisədə çox böyük artımdır. Amma bu pensiya ilə insan özünü təmin edə bilmir. Bütün bu problemləri biz bilirik və onu da bilirik nə etməliyik. İlk növbədə, öz gücümüzə arxalanmalıyıq. İlk növbədə, iqtisadi potensialı maksimum şəkildə işə salmalıyıq. Bizim böyük təbii sərvətlərimiz - neftimiz, qazımız var. Heydər Əliyevin neft strategiyası uğurla icra edilir və Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər gətirir. İndi ölkəmiz beynəlxalq müstəvidə özünə layiq möhkəm yerini tutubdur. Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərində çox fəal iştirak edir və bizim təşəbbüslərimiz, siyasətimiz, baxışlarımız bölgədə enerji siyasətinin formalaşmasında aparıcı rol oynayır. Bu, belədir və biz bu imkanlardan səmərəli istifadə etməliyik. Elə etməliyik ki, bu böyük təbii sərvətlər, bu kapital insan kapitalına çevrilsin. Bunun üçün olimpiya kompleksləri, məktəblər, xəstəxanalar, bütün sosial infrastruktur, iş yerləri, zavodlar, fabriklər lazımdır və biz bunu edirik.

Əgər biz müqayisə üçün istənilən ölkənin inkişaf dinamikasını götürsək görərik ki, istər ümumi daxili məhsulun artımına görə, istərsə də, yoxsulluğun azaldılmasına, iş yerlərinin açılmasına görə və xüsusi infrastruktur layihələrinin həyata keçirilməsinə görə ən sürətlə, ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, məni çox sevindirir. Onu göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir, ölkəmizin inkişafına gözəl şərait yaradır.

Mən xatırlayıram, prezident seçkiləri ərəfəsində Tovuzda olarkən, burada insanlarla görüşərkən camaatla, vətəndaşlarla söhbət edərkən demişdim ki, əgər bu yüksək vəzifəyə seçilsəm, əlimdən gələni edəcəyəm ki, ölkənin qarşısında duran bütün problemlərin həlli üçün çalışım və onları həll edim. Mən çox şadam, çox sevinirəm və çox böyük qürur hissi ilə deyə bilərəm ki, son 3-4 il ərzində Azərbaycan böyük və şərəfli yol keçibdir. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində gedən proseslər, iqtisadi islahatlar, ölkədə sabitliyin, vətəndaş birliyinin möhkəmlənməsi, vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin mövcudluğu və möhkəmlənməsi - bütün bunlar ölkəmiz üçün çox vacibdir.

Biz görürük, tarixdən də bilirik və indiki zəmanədə başqa ölkələrdə baş verən hadisələri də görürük. Görürük ki, harada siyasət xalq tərəfindən dəstəklənirsə, o ölkədə sabitlik də var, əmin-amanlıq da var, insanlar da normal yaşayırlar və heç bir böhranlı vəziyyət yaranmır. Mən çox şadam ki, Azərbaycanda bu gün məhz belə vəziyyət mövcuddur. 1990-cı illərin əvvəllərində Azərbaycanda hansı vəziyyət olduğunu biz hamımız yaxşı xatırlayırıq. Ölkəmizin gələcəyi üçün böyük təhlükələr var idi, ölkə idarəolunmaz vəziyyətdə idi. İndi isə ulu öndərin fəaliyyəti nəticəsində 10 il ərzində və ondan sonrakı illərdə o qədər böyük işlər görülüb, Azərbaycan dövlətçiliyinin elə əsasları qoyulub ki, bizim müstəqilliyimiz o qədər möhkəmlənib ki, indi bizim qarşımızda üfüqlər açıqdır, yolumuz açıqdır. Biz sadəcə olaraq, hamımız birləşib əl-ələ verərək ölkəmizin hərtərəfli inkişafı üçün çalışmalıyıq. Bu ab-hava bu gün Azərbaycanda var. Mən bölgələrə çox tez-tez gedirəm, görürəm, vəziyyətlə tanış oluram. Görürəm ki, insanlarda böyük nikbinlik, ruh yüksəkliyi var, gələcəyə inam var. Ölkəmizin inkişafı üçün böyük arzular var, böyük niyyətlər var. Ölkəmizin uğurlu inkişafı hər bir vətənpərvər insanı ruhlandırır. Bizə əlavə güc verir və insanları daha da böyük işlərin görülməsinə sövq edir.

Əziz dostlar, mən bu gözəl gündə sizi bir daha salamlamaq istəyirəm. Tovuzlular həmişə Azərbaycanın ərazi bütövlüyünün keşiyində durmuşlar. Həmişə düşmənlə üz-üzə dayanaraq, ona çox layiqli cavablar vermiş, öz doğma torpaqlarını, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmişlər, həmişə mübariz olmuşlar. Bu gün Azərbaycanın gözəl inkişaf proseslərində tovuzlular çox fəal iştirak edirlər. Əminəm ki, Tovuz Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevriləcəkdir, mən buna şübhə etmirəm. Çünki sizin gözəl planlarınız var, niyyətləriniz var, təşəbbüsləriniz var. Təbii ki, burada hələ çoxlu açılışlar olacaq və biz bundan sonra da həmişə birlikdə olacağıq.

Sizi bir daha təbrik edirəm və cansağlığı arzulayıram. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub