TOVUZDA 575 AİLƏYƏ ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI TƏYİN OLUNMUŞDUR
Tovuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ünvanlı dövlət sosial yardımı almaq üçün mərkəzə 4 min 600 nəfər müraciət etmişdir. 3 min 316 nəfərin sənədləri qeydiyyata alınmış və onlardan 575 ailəyə yardım təyin edilmişdir.
Ünvanlı dövlət sosial yardımı almaq üçün vətəndaşların müraciətlərinə baxılması davam edir.