TOVUZDA DAİRƏVİ AVTOMOBİL YOLU TİKİLİR
Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin oktyabrında Tovuz dairəvi avtomobil yolunun tikintisinə başlanacaqdır. Ümumi uzunluğu 10 min 589 metr olan yolun layihə qiyməti 12,1 milyon ABŞ dollarıdır. Bu məbləğin 10 milyon 285 min dolları Dünya Bankının, 1 milyon 815 min dolları isə Azərbaycan hökumətinin payına düşür.
İkizolaqlı yolun tikintisinə nəzarəti Finlandiyanın “Finnroad Ltd” şirkəti həyata keçirəcəkdir. Hazırda tikinti-quraşdırma işlərini aparacaq podratçı şirkətin müəyyənləşdirilməsi üçün tender keçirilir.
Yolun istifadəyə verilməsi 2008-ci ilin aprelinə planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:12]
Süni intellekt üzrə 5 dövlət standartı qəbul edilib
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]