“TOYOTA” BENZİN-ELEKTRİK MÜHƏRRİKLİ 500 MİNDƏN ÇOX AVTOMOBİL SATMIŞDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Yaponiyanın “Toyota” avtomobil şirkəti hibrid benzin-elektrik mühərrikli 500 mindən çox maşın satmışdır. Şirkət gələcəkdə avtomobillərin əksər hissəsini bu cür mühərriklərlə təchiz etmək niyyətindədir. Belə mühərrik yanacaq sərfini xeyli azaldır və ətraf mühitin çirklənməsinin qarşısını alır. Hibrid avtomobillər əsasən, bərabər sürətlə və qənaətli rejimdə hərəkət edərkən benzin işlədir. Həmin vaxt batareya elektrik enerjisi ilə dolur. Benzinin daha çox sərf olunduğu və işlənmiş qazın atmosferə daha çox buraxıldığı tıxaclarda və boş-boşuna işləyərkən mühərrik elektrik enerjisi işlədir.
Xatırladaq ki, şirkət “Prius” adlı ilk hibrid avtomobili 1997-ci ildə buraxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]