“Trabzonspor” klubu Azərbaycan yığmasının hücumçusunu icarəyə verməyi düşünür
Bakı, 12 dekabr, AZƏRTAC
“Trabzonspor” futbol klubu Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevi qış transfer dövründə icarəyə verməyi düşünür.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Ərsun Yanalın tələbi ilə yeni hücumçu axtarışına çıxan Türkiyə klubu “Aston Villa”nın futbolçusu Libor Kozakla danışıqlara başlayıb. Klub çexiyalı forvardı azad agent statusunda heyətinə qatmağa çalışır.
Türkiyə klubu mövsümlərarası fasilədə “Porto”dan icarəyə götürdüyü koreyalı hücumçu Hyun-Yun Suku da geri göndərəcək.
Qeyd edək ki, yay fasiləsində “Zenit”dən “Trabzonspor”a transfer olan Ramil Şeydayev Superliqa klubunun heyətində nadir hallarda meydana çıxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]