Tramp prezident seçildikdən dərhal sonra Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
Bakı, 21 yanvar, AZƏRTAC
Keçmiş Amerika lideri Donald Tramp söz verib ki, payızda keçiriləcək prezident seçkilərində qalib gəlsə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.
AZƏRTAC TASS-a istinadla bildirir ki, o, bu barədə yanvarın 20-də Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Mən vəzifəyə başlamazdan əvvəl Rusiya və Ukrayna arasında olan bu dəhşətli müharibəni həll edəcəyəm”,- deyə o, bildirib.
Eyni zamanda, Tramp sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ona nə qədər vaxt lazım olduğunu açıqlamayıb, həmçinin münaqişəni dəqiq necə həll etmək niyyətində olduğunu da söyləməyib.
Keçmiş Amerika lideri bəyan edib ki, yenidən seçilərsə Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətindədir.
ABŞ-da növbəti prezident seçkiləri noyabrda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]