Trampla Harrisi dəstəkləyənlər arasında say fərqi azalıb
Vaşinqton, 30 oktyabr, AZƏRTAC
ABŞ-da prezident seçkilərinə bir həftə qalmış Demokratlar Partiyasının namizədi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləyənlər arasında say fərqi azalıb.
AZƏRTAC-ın məlumatına görə, “Reuters-Ipsos”un keçirdiyi son sorğu bunu göstərir. Nəticələrə əsasən, Harrisin reytinqi 44, Donald Tramın reytinqi 43 faizdir. Qeyd olunur ki, daha əvvəl 16-21 oktyabr tarixlərində keçirilmiş sorğudakı fərq 2 faiz təşkil edib.
Həmçinin yeni sorğu göstərir ki, Tramp bir neçə mövzularda Harris üzərində üstünlük əldə edir. Bu baxımdan iqtisadiyyat mövzusunda Trampın üstünlüyü 10 faiz, miqrasiya mövzusunda isə 15 faiz olub.
Harris isə siyasi ekstremizmlə mübarizədə 2 faiz üstünlüyə malikdir. Daha əvvəl keçirilmiş sorğuda bu mövzuda namizədlər arasında fərq 7 faiz idi.
Sorğuda ABŞ üzrə 1150 nəfər iştirak edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]