Tufan Erhürman: Aİ Kipr üzrə danışıqların tərəfi ola bilməz
Ankara, 1 avqust, AZƏRTAC
Avropa İttifaqı Kipr danışıqlar prosesində tərəf ola bilməz.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin Kipr üzrə xüsusi nümayəndəsi Raffaello Fitto ilə adadakı yunan icmasının rəhbəri Nikos Xristodulides arasında keçirilən görüşü şərh edərkən bildirib.
Kipr türklərinin lideri Aİ strukturlarının Kipr məsələsinə qərəzli, birtərəfli reaksiyasını və qərarlarını vurğulayıb.
“Aİ təsisatlarının, xüsusən də Avropa Parlamentinin mövqeyi Brüsselə inamı sarsıdıb. Əminəm ki, etimad quruculuğu tədbirləri yalnız Kiprin yunan rəhbərliyi səviyyəsində deyil, həm də Avropa İttifaqı səviyyəsində görülməlidir”, - deyə ŞKTC lideri qeyd edib.
T. Erhürmanın sözlərinə görə, Avropa İttifaqı adadakı ziddiyyətlərin ədalətli və uzunmüddətli həllinə töhfə verməyi arzu edirsə, Kiprdəki proseslərdə müsbət rol oynaya bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]