Tullantıları təkrar emal etməklə təbiəti qorumaq mümkündür
Bakı, 19 noyabr, Elçin Hüseynov, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keşirilən beşinci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində (“CTE-2014”) “Azersun Holdinq” şirkətinə məxsus “Azərbaycan kağız və karton istehsalı kombinatı” MMS də uğurla təmsil olunur.
Kombinatın təkrar emal depatamentinin müdiri Yalçın Çiftçi AZƏRTAC-a bildirib ki, müəssisə əsasən xammal kimi isifadə edilmiş kağız və dəftərlərin, karton qutuları və qablaşdırmaların emalı ilə məşğuldur. Bugünkü sərgidə də tullantılardan hazırlanmış məhsullar nümayiş etdirilir.
Onun sözlərinə görə, 1 ton bəyaz kağız üçün 16 ədəd şam ağacı kəsilməlidir. Lazımsız kağız məhsullarının təkrar emalı yolu ilə 16 ədəd şam ağacının kəsilməsinin qarşısını almaq mümkündür. O, əhalinin maarifləndirilməsinin vacibliyini də vurğulayaraq bildirib ki, 16 ədəd şam ağacının kəsilməsi ildə 36 ton karbon qazının atmosferə atılması deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]