“Tullantıları tinglərə dəyiş” aksiyası davam edir
Bakı, 3 aprel, AZƏRTAC
“Tullantıları tinglərə dəyiş” aksiyası davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik və “Megastore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası aprelin 4-də Xətai rayonunda “Megastore” supermarketin qarşısında keçiriləcək.
Aksiya zamanı vətəndaşlar minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırır.
Aksiya Xətai rayonu, Xudu Məmmədov küçəsi, 1 c ünvanında yerləşən “Megastore” supermarketin qarşısında saat 13:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]