Tullantıların düzgün idarə olunmamasına görə fiziki şəxs 800 manat cərimələnib
Bakı, 13 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçiriblər.
Departamentdən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Nizami rayonu, M.Şərifli 810 ünvanında tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəsilmiş heyvanların tullantılarının qeyri-mütəşəkkil şəkildə ətrafa atıldığı və ərazidə antisanitar vəziyyətin yarandığı aşkar edilib.
Araşdırma zamanı tullantıların həmin ərazidə yerləşən ət və süd satışı mağazasının sahibi Nofəl Hüseynov tərəfindən əraziyə atıldığı məlum olub.
Faktla bağlı mağazanın sahibi barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün N.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]