Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tural Qəlbinur: COVID-19 virusu gözlərdə konyunktivitin yaranmasına səbəb ola bilər

Tural Qəlbinur: COVID-19 virusu gözlərdə konyunktivitin yaranmasına səbəb ola bilər

Bakı, 10 mart, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur irsi göz xəstəlikləri, anadangəlmə korluq, gözlərin ümumi müayinəsinin hansı tezlikdə aparılması, Azərbaycanda daha çox rast gəlinən göz xəstəlikləri, koronavirusun gözlərə təsiri və s. ilə əlaqədar sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir:

- Tural müəllim, hansı göz xəstəlikləri irsidir?

- Digər xəstəliklər kimi göz xəstəliklərində də irsiyyətin rolu böyükdür. El arasında “Toyuq korluğu”, tibdə isə hemeralopiya (gecə görmə qabiliyyətinin azalması) xəstəliyi də irsən ötürülür. Təəssüf ki, bir çox genetik xəstəliklərdə olduğu kimi həmin xəstəliyin tam müalicəsi yoxdur, sadəcə dəstəkverici müalicəsi mövcuddur. Miopiya, hipermetropiya və digər refraktiv görmə qüsurlarında da irsiyyətin rolu danılmazdır. Həmçinin keratokonus xəstəliyi təqribən 25 faiz hallarda genetik yolla valideynlərdən uşaqlara keçir.

- Zəhmət olmazsa, katarakta xəstəliyi barədə məlumat verərdiniz.

- Katarakta, el arasında “mirvari suyu” adı ilə tanınır və gözün şəffaf büllurunun bulanması ilə görmə qabiliyyətini azaldan xəstəlikdir. Katarakta anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə katarakta dölün ana bətnində inkişafı, embriogenez zamanı yaranan patologiyalarla əlaqəlidir. Qazanılma kataraktaya isə yaşa bağlı olaraq və travma nəticəsində yaranan kataraktalar aiddir. Katarakta yarandıqda xəstələr dumanlı görmədən, sanki çirkli pəncərədən baxırmış kimi hisslərdən şikayət edirlər.

- Anadangəlmə korluq nədir?

- Anadangəlmə korluq görmə orqanının bətndaxili inkişaf patologiyasıdır. Təəssüf ki, bir çox hallarda müalicəyə tabe olmur. Əsas səbəb ananın hamiləlik dövründə keçirdiyi bir sıra infeksion xəstəliklər, travmalar və genetik xəstəliklərdir. Bu zaman embriogenez pozulur, nəticədə görmə orqanının inkişafı tam və ya düzgün getmir.

- Gözlərin ümumi müayinəsini hansı tezliklə aparmaq lazımdır?

- Valideynlərində və ya ailədə irsi göz xəstəlikləri ilə bağlı problemləri olmayanlar hər iki ildən bir oftalmoloq müayinəsindən keçməlidirlər. Lakin irsi göz xəstəlikləri olanlar ildə ən azı iki dəfə oftalmoloji müayinə olunmalıdırlar. Həmin vacib müayinələr sırasına gözdaxili təzyiqin ölçülməsi və göz dibinin müayinəsi aiddir.

- Gözü zəiflədən əsas vasitələr hansılardır?

- Əgər görmə qabiliyyəti pisləşibsə, o zaman bunun niyə baş verdiyini düşünmək hələ də gec deyil. Görmə qabiliyyəti həyat boyu pisləşə bilər və bu prosesi ən azı bir az dayandırmaq üçün səbəbin nə olduğunu aşkarlamaq lazımdır. Kompüter və elektron qurğuların fasiləsiz istifadəsi gözlərin qurumasına və yorulmasına gətirib çıxara bilər. Onurğa problemləri də görmə zəifliyinə səbəb ola bilər. Belə ki, onurğa sütunu xəstəlikləri nəticəsində başın və gözün qan dövranı pozulur və nəticədə görmə pozulması yaranır. Kompüter arxasında oturarkən duruşa nəzarət etmək, onurğa üçün fiziki məşqlər etmək vacibdir. Yuxusuzluq və stres şiddətli yorğunluğa gətirib çıxarır, nəticədə görmə zəifləməyə başlayır. Sağlamlığın qeydinə qalmaq, yaxşı istirahət etmək və gözləri rahatlaşdırmaq üçün xüsusi məşqlər edilməsi tövsiyə olunur. Siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək qan dövranının pozulmasına gətirib çıxarır. Bu da gec-tez görmə pozulması ilə nəticələnir. Buna görə də həmin vərdişlərdən uzaqlaşmaq məsləhətdir.

- Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin statistikası necədir?

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2,2 milyarddan çox insan yaxın və uzağıgörmə problemi yaşayır. Onların 1 milyarddan çoxu vaxtında profilaktik tədbirlərin görülməməsinin və ya müalicə edilməməsinin nəticəsidir. Buna miopiya, qlaukoma, sarı ləkə, katarakta və bir çox oftalmoloji xəstəliklər nümunə göstərilə bilər. Hazırda ölkəmizdə 60 yaşdan yuxarı vətəndaşların 70 faizindən çoxunda başlanğıc katarakta mövcuddur.

- Bildiyiniz kimi, 6-12 mart - Ümumdünya Qlaukoma ilə Mübarizə Həftəsidir. Qlaukoma nədən yaranır və müalicəsi gecikərsə, hansı fəsadları olar?

- Qlaukoma göz təzyiqinin yüksəlməsi və tədricən görmə sinirinin atrofiyası ilə xarakterizə olunur. Qlaukoma xəstəliyinin erkən mərhələsində xəstələrdə heç bir şikayət olmur. Xəstəlik irəlilədikcə görmə sinirinin atrofiyası yaranır. Xəstələrdə getdikcə görmə azalır və görmə sahəsində daralma meydana çıxır. Hazırda oftalmologiyada qlaukoma zamanı korluğun qarşısını almaq üçün yalnız bir yol məlumdur - o da vaxtında aşkarlanması və düzgün müalicəsi. Qeyd edim ki, qlaukomanın müalicəsi dərman, lazer və cərrahi üsulla aparılır.

- Əhali arasında hansı göz xəstəliyi daha geniş yayılıb?

- 5-30 yaş arası fərdlərdə daha çox miopiya (yaxından görmə) və hipermetropiya (uzaqdan görmə) geniş yayılıb. Eynək və kontakt linzalar miopiyanın ən geniş yayılmış müalicə üsullarıdır. Həmin üsullar miopiyanın dərəcəsini azaltmır, lakin görməni yaxşılaşdırır. Bunlardan imtina edənlərə lazer korreksiyası təklif edilir.

Yaşı 40-dan yuxarı olanlar arasında katarakta və diabetik retinopatiya daha çox aşkarlanır. Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir.

60 yaşdan yuxarı əhali arasında isə sarı ləkə xəstəliyi (makula degenerasiyası) daha çox rast gəlinir.

- Gözlərimizi koronavirusdan necə qoruyaq?

- Göz ən həssas orqanlardan biridir. COVID-19-un gözlərə yoluxmasının birbaşa qarşısının almaq üçün heç bir vasitə yoxdur. Ümumi qorunma yolu maska taxaraq virusun keçməsinin qarşısını almaq və peyvənd olunaraq xəstəliyin daha yüngül keçməsini təmin etməkdir. Xüsusilə qapalı məkanlarda virusa məruzqalma və əlləri gözə apararaq birbaşa çirklənmə riskləri gözlərin qorunmasını çətinləşdirir. Virusa yoluxmanın yüksək risk altında olduğu yerlərdə eynəkdən istifadə qoruyucu ola bilər. Dezinfeksiyaedici vasitələrdən istifadə edərək əlləri təmiz saxlamaq son dərəcə vacibdir. Virusun gözdə olduğu yüngül hallarda qoruyucu antibiotik damcılarından istifadə etmək də tövsiyə edilir.

- Koronavirusun gözdə yaratdığı problemlər hansılardır?

- Aparılan araşdırmalar göstərdi ki, COVID-19 virusu gözlərdə konyunktivitin yaranmasına səbəb ola bilər. Bu zaman gözlərdə qızartı, ağrı, göynəmə, yanma və yaş axması kimi əlamətlər meydana çıxır. Həmçinin şəkərli diabet, hipertenziya və başqa xroniki xəstəlikləri olan insanlarda koronavirus qanın laxtalanma sistemini pozduğundan retinada qanama və başqa əlamətlər meydana çıxa bilər. Əgər xəstələrdə görmənin ani zəifləməsi baş verərsə, onlar dərhal oftalmoloqa müraciət etməlidirlər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?