“Turan Tovuz” “Şəmkir”lə “Neftçi”nin göstəricisini təkrarlayıb
Bakı, 27 yanvar, AZƏRTAC
“Qarabağ”ın Misli Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası bitib.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, IV turun 2024-cü il avqustun 24-də keçirilən matçında “Turan Tovuz”la ev matçında 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri yenə eyni rəqibə məğlub olublar. Ardıcıl 16 qarşılaşmadan xalla ayrılan Ağdam klubu yenə evdə, bu dəfə 1:2 hesabı ilə yenilib.
“Turan Tovuz” “Qarabağ”la eyni mövsümün hər iki səfər görüşündə 3 xal qazanan 3-cü komanda olub. 2001/2002-ci illər mövsümündə “Şəmkir” (3:1, 2:0), 2020/2021-ci illər mövsümündə “Neftçi” (2:1, 2:1) Ağdam klubunun meydanında 6 xal əldə edib.
Qeyd edək ki, ölkə çempionatları 2013/2014-ci illər mövsümündən 4 dövrədə keçirilir. Bunadək iki mərhələdə keçirilən 1998/1999, yarımçıq qalan 2001/2002 və 2009/2010-2012/2013-ci illər mövsümlərində də bir komanda eyni rəqiblə iki dəfə səfərdə qarşılaşa bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]