Türk Hava Yolları Türkiyənin ən qiymətli brendi olaraq qalır
Ankara, 27 may, AZƏRTAC
Türkiyənin milli aviadaşıyıcısı Türk Hava Yolları (THY) ölkənin ən bahalı brendləri reytinqində lider mövqeyini qoruyub saxlayıb.
AZƏRTAC xəbər verir ki, “Türk Hava Yolları” bu il beynəlxalq “Brand Finance” təşkilatının dərc etdiyi Türkiyənin 125 aparıcı brendi arasında reytinqə başçılıq edib.
Reytinqə görə, THY markasının bazar dəyəri 2 milyard 266 milyon dollar olaraq qiymətləndirilir. İkinci yerdə “Arçelik” şirkəti (1 milyard 645 milyon dollar) qərarlaşıb. İlk üçlüyü “İş Bankası” (1 milyard 240 milyon dollar) tamamlayır.
İlk iyirmiliyə Türkiyənin TOGG elektrikli avtomobil şirkəti də daxildir.
Bu il reytinqə ilk dəfə 24 yeni brend daxil olub. Eyni zamanda, Türkiyənin 125 aparıcı brendinin ümumi dəyəri 17 milyard dollara çatıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]