“Türk Hava Yolları” Türküstana birbaşa uçuşlara başlayacaq
Nur-Sultan, 4 aprel, AZƏRTAC
“Türk Hava Yolları” (THY) bu il mayın 3-dən etibarən Qazaxıstanın Türküstan şəhərinə birbaşa uçuş həyata keçirməyi planlaşdırır.
AZƏRTAC Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinə istinadla xəbər verir ki, “Türk Hava Yolları” aviaşirkəti İstanbul-Türküstan marşrutu üzrə həftədə üç dəfə “B-737” təyyarələri ilə müntəzəm uçuşlar həyata keçirəcək.
Gələcəkdə Türküstandan Qırğızıstanın paytaxtı Bişkekə və Özbəkistanın paytaxtı Daşkəndə müntəzəm uçuşların həyata keçiriləcəyi də planlaşdırılır.
Xatırladaq ki, ötən ilin dekabrında istismara verilən Türküstan Beynəlxalq Aeroportundan cari il martın 21-dən etibarən Qazaxıstanın "Fly Arystan" şirkəti tərəfindən Türküstan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirilir.
Qeyd edək ki, Türküstan türk dünyasının mənəvi paytaxtı elan olunub və bu barədə martın 31-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə qeyd edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]