TÜRK MÜTƏXƏSSİSİ “QƏBƏLƏ” FUTBOL KLUBU NƏZDİNDƏ YARADILMIŞ AKADEMİYAYA RƏHBƏR TƏYİN OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 28-də “Qəbələ” futbol klubu nəzdində açılmış akademiyaya rəhbər təyin olunması münasibətilə mətbuat konfransı keçirilmişdir.
“Qəbələ” futbol klubunun vitse-prezidenti Fariz Nəcəfov akademiyanın rəhbəri Əli Yavaşı təqdim edərək bildirmişdir ki, tanınmış türk mütəxəssisinin Azərbaycana dəvət olunmasında məqsəd uşaq futbolunun inkişaf etdirilməsidir.
Bununla nəinki Qəbələdən, həmçinin ölkənin bütün regionlarından 7 yaşından 14 yaşınadək istedadlı uşaqlar yeni yaradılmış akademiyaya cəlb olunacaqlar. F.Nəcəfov demişdir ki, Qəbələ rayonunda bir il ərzində təbii və süni örtüklü futbol meydançalarının da tikilməsi nəzərdə tutulur.
Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən Əli Yavaş respublikamızda futbolun inkişafı üçün böyük potensial olduğunu vurğulamışdır. Bunun üçün ilk növbədə uşaq futbolunun inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edən mütəxəssis bu sahədə jurnalistlərin də dəstəyinə ümid bağladığını söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]