“TÜRK SANCAĞI” NAXÇIVAN SƏHNƏSİNDƏ
Qonaqlar əvvəlcə, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, Mömünəxatun məqbərəsində, açıq səma altında muzeydə, xalça muzeyində və şəhərin başqa görməli, tarixi yerlərində olmuşlar.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Türk sancağı” tamaşası göstərilmişdir. Tamaşada “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərin Türkiyənin şərq vilayətlərini, Naxçıvanı işğal etmək niyyəti, törətdikləri qanlı faciələr, dəhşətli soyqırımlar, o dövrdə ermənilərə qarşı mübarizə aparan tarixi şəxsiyyətlərin obrazları əksini tapmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, muxtar respublikanın digər rəhbər işçiləri tamaşaya baxmışlar.
Teatrın bədii rəhbəri və direktoru, tamaşanın quruluşçu rejissoru, xalq artisti Amaliya Pənahova AZƏRTAC-ın müxbirinə demişdir:
- “Türk sancağı” 1918-20-ci illərdə ermənilərin zülmünü görmüş İğdır, Qars, Ərzurum, Ərzincan və başqa şəhərlərdə də göstəriləcəkdir. Sonra biz İstanbul və Ankara tamaşaçıları ilə görüşəcəyik. Tamaşa qardaş xalqlarımızı tarixin dərslərini unutmamağa, möhkəm dostluğa, birliyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]
Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ
- 12.10.2026 [13:27]