Türkiyə-ABŞ münasibətləri müzakirə edilib
Ankara, 3 fevral, AZƏRTAC
Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivan arasında telefon danışığı olub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, dövlət rəsmiləri Türkiyə-ABŞ ikitərəfli münasibətləri başda olmaqla Suriya və Liviya böhranları, Şərqi Aralıq dənizindəki və Əfqanıstandakı vəziyyət, Kipr problemi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, qlobal iqlim dəyişikliyi mövzuları ətrafında müzakirələr aparıblar.
Bildirilir ki, söhbət zamanı gündəlikdə olan digər məsələlərlə yanaşı, Qarabağ məsələsi də müzakirə olunub.
İki müttəfiq ölkənin yeni mərhələdə güclü və davamlı bir əlaqə modeli ortaya qoyulmasının gözlənildiyi ifadə edilən söhbətdə NATO ittifaqının gücləndirilməsi, regionda və beynəlxalq aləmdə sülh və sabitlik yaradacaq addımların atılması istiqamətində fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]