Türkiyə aqrar məhsulların istehsalı üzrə Avropa lideridir
Ankara, 7 aprel, AZƏRTAC
Müasir Türkiyə dünyanın yeddinci, Avropanın isə birinci ən böyük kənd təsərrüfatı istehsalçısıdır. Bunu Dünya Bankının məlumatları da təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ankarada Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek deyib.
Şimşek kənd təsərrüfatı sektorunu ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün strateji əhəmiyyətli səylər sahəsi adlandırıb. “Fermerlərə dövlət dəstəyi davam edir. Bu, təkcə maliyyə deyil, həm də texnoloji və meliorasiya sahələrinə aiddir. Biz fermerlərə təkcə sözdə deyil, əməldə də kömək edirik”, - deyən nazir qeyd edib ki, təkcə bu il fermerlərə dəstək üçün 706 milyard lirə vəsait ayrılması nəzərdə tutulur.
Onun sözlərinə görə, qlobal kənd təsərrüfatı məhsulları bazarında Türkiyənin mövqeyi güclənir. “Aqrar sahə ixracın idxalı açıq-aşkar üstələdiyi iqtisadiyyatdır”, - deyən Şimşek diqqəti ölkədə qiymət sabitliyinin təmin edilməsi istiqamətində görülən işlərə də diqqət çəkib. O, 2027-ci ilə qədər Türkiyədə inflyasiyanın səviyyəsinin birrəqəmli səviyyəyə düşəcəyini bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
- 29.09.2026 [10:44]
Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb
- 29.09.2026 [10:42]
Suriyada qaz kəməri partladılıb
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:36]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [19:19]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [19:17]