TÜRKİYƏ AVRO İLƏ HESABLAŞMAYA KEÇMƏYƏCƏK
AZƏRTAC-ın müxbirinin Moskvadan verdiyi xəbərə görə, Türkiyənin Rusiyadakı turizm biznesinin nümayəndələri Türkiyədə yay istirahəti haqqının avro ilə ödəniləcəyi barədə şayiələri təsdiq etməmişlər. Türkiyənin Moskvadakı səfirliyi yanında turizm bürosu nümayəndəsinin sözlərinə görə, “Türkiyənin Rusiyada fəaliyyət göstərən turizm firmalarından bu məlumatları təsdiq edən heç bir rəsmi informasiya daxil olmamışdır. Türkiyənin turizm biznesinin maliyyə siyasətində belə əhəmiyyətli dəyişiklik barədə Türkiyə səfirliyi yanında turizm bürosuna mütləq məlumat verilməlidir”.
Bu günlərdə Rusiya KİV-lərində belə bir məlumat yayılmışdır ki, guya Türkiyə otelləri yay mövsümü başlanmazdan əvvəl dollardan imtina etmək və hesablaşmalarda avroya keçmək niyyətindədirlər. Türkiyənin Rusiyadakı səfirliyinin məlumatına görə, ötən il Türkiyə kurortlarında bir milyondan artıq rusiyalı turist istirahət etmişdir. Onların hər biri bu səfərə orta hesabla 600 dollar xərcləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]