Türkiyə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatları qadağan edəcək
Ankara, 11 mart, AZƏRTAC
Türkiyə bu il bioloji parçalanmayan və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatların istifadəsini qadağan etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, qadağa ətraf mühitin qorunması ilə bağlıdır və birinci xanım Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır tullantı” təşəbbüsünün bir hissəsidir.
Eyni zamanda, Türkiyə qanunvericiliyini Aİ-nin birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklər Direktivi ilə uyğunlaşdırmaq məqsədilə müvafiq qanunlara düzəlişlər hazırlanacaq.
Əhaliyə plastik əvəzinə ekoloji cəhətdən təmiz alternativlər - şüşə, çini, taxta və karton məmulatlar təklif olunacaq.
Qeyd etmək lazımdır ki, 2019-cu ildən bəri Türkiyə plastik torbalar üçün ödənişli sistem tətbiq edib. Bu, plastik tullantıları 3.090.586 ton azaltmağa imkan verib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]