Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ ÖMƏR İZGİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA

Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi fevralın 7-də Bakıya rəsmi səfərə gəlmişdir. 

Binə hava limanında qardaş Türkiyə parlamentinin başçısını Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin birinci müavini Arif Rəhimzadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev qarşıladılar.

Cənab Ömər İzgi hava limanında jurnalistlərin suallarına cavab verərək dedi ki, həmkarı Murtuz Ələsgərovun dəvəti ilə ölkəmizə səfərə gəlmişdir. Səfərdən əsas məqsəd ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafı, habelə regional və beynəlxalq problemlərlə bağlı məsələləri müzakirə etməkdir. Hörmətli qonaq vurğuladı ki, Türkiyə ilə Ermənistan arasında hər hansı münasibətlər yaradılması məsələsinə gəldikdə isə, Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyincə və bütün qaçqınlar öz yurd-yuvalarına qayıtmayınca, bu, tamamilə istisna olunur.

X X X

ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

Elə həmin gün Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi və onu müşayiət edən şəxslər Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsini ehtiramla andılar.

Türkiyə parlamentinin başçısı qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu, Şəhiqlər xiyabanının fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Ömər İzgi bolşevik-daşnak silahlı birləşmələri ilə döyüşlərdə azərbaycanlıları müdafiə edərək həlak olmuş türk əsgərlərinin xatirəsinə Şəhidlər xiyabanında ucaldılmış Anım abidəsinin önünə də əklil qoydu.

Şəhidlər xiyabanını ziyarət zamanı Ömər İzgini Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Gövhər Baxşəliyeva, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev müşayiət edirdilər.

X X X

MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROV İLƏ GÖRÜŞ

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi və onu müşayiət edən şəxslər fevralın 7-də Milli Məclisə getdilər. Burada əvvəlcə Ömər İzgi ilə Murtuz Ələsgərov arasında təkbətək görüş oldu.

Sonra parlament sədrləri görüşü geniş tərkibdə davam etdirdilər.

Milli Məclisin sədri türkiyəli həmkarını səmimiyyətlə salamlayaraq dedi ki, Ömər İzginin rəsmi səfəri Azərbaycan Prezidenti Heydər Əliyevin və ölkə parlamenti rəhbərliyinin dəvəti ilə həyata keçirilir. Murtuz Ələsgərov əmin olduğunu bildirdi ki, bu səfər ölkələrimizin qardaşlıq münasibətlərinin inkişafında yeni mərhələ olacaqdır.

Murtuz Ələsgərov vurğuladı ki, ölkələrimizin dövlət başçılarının səfərləri və görüşləri Türkiyə ilə Azərbaycan arasında əlaqələrin genişlənməsində böyük rol oynamışdır. Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə dəfələrlə səfər etmiş, bu səfərlər zamanı qarşılıqlı surətdə faydalı müqavilələr və sazişlər imzalanmışdır. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və indiki dövlət rəhbəri Əhməd Necdət Sezər də ölkəmizdə olmuşlar. Məhz dövlət başçılarının sıx ünsiyyətləri sayəsində Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin inkişafından söhbət açaraq, ölkələrimizin qanunvericilik orqanları nümayəndələrinin NATO-nun Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi mötəbər beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığından ətraflı danışdı. O, Milli Məclisin və Türkiyə Böyük Millət Məclisinin sədrləri arasında görüşlərin əhəmiyyətini xüsusi vurğulayaraq dedi ki, Azərbaycan parlamenti nümayəndə heyətinin Ankaraya ötənilki səfəri zamanı dövlətimizin başçısı Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Atattürk Mədəniyyət Mərkəzinin açılması barədə xəbəri Türkiyə parlamentinin üzvləri alqışlarla qarşılamışlar.

Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək, razılıq hissi ilə vurğuladı ki, türk xalqı Azərbaycanın ədalətli mövqeyini daim müdafiə edir.

Cənab Ömər İzgi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək dedi ki, Azərbaycana gəlmək Türkiyə Böyük Millət Məclisinin bütün 540 üzvünün səmimi arzusu idi. Bizi ümumi köklər, ümumi din birləşdirir, maraq və məqsədlərimiz çulğaşır.

Türkiyə parlamentinin sədri Qafqaz regionunda sülh və sabitlik yaradılması məsələsinə toxunaraq xüsusi vurğuladı ki, Azərbaycanın razılığı olmadan Türkiyə dövləti Ermənistanla əlaqələrin sahmanlanması istiqamətində bir addım belə atmayacaq və ermənilərin işğal etdiyi Azərbaycan əraziləri tamamilə azad olunmayınca bundan söhbət də gedə bilməz.

Sonra Ömər İzgi ölkələrimizin parlamentləri arasında əlaqələrin genişləndirilməsi məsələlərindən ətraflı söhbət açdı, Milli Məclisin nümayəndə heyətini yaxın vaxtlarda Türkiyəyə səfərə dəvət etdi.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavinləri Gövhər Baxşəliyeva və Ziyafət Əsgərov, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz və Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir