Türkiyə hərbi birlikləri İraqın şimalında “Pençe-Kartal” antiterror əməliyyatını davam etdirir
Ankara, 17 iyun, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Haftanin bölgəsində “Pençe-Kartal” şərti adı altında yeni genişmiqyaslı antiterror əməliyyatı keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, nazir Hulusi Akar Quru Qoşunları Komandanlığında yaradılan əməliyyat qərargahından prosesin icrasına nəzarət edib. Hərbi Hava Qüvvələrinin qırıcıları ilə yanaşı pilotsuz uçuş aparatları da əməliyyata cəlb olunub.
Qeyd edək ki, iyunun 15-də İraqın şimalındakı Sincar, Karacak, Kandil, Zap, Avaşin Basyan, Gara və Hakurk bölgələrində PKK terror təşkilatının 81 hədəfi aviasiya qüvvələri tərəfindən vurularaq darmadağın edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]