Türkiyə Kuboku: “Trabzonspor”-“Ümraniyəspor” oyununda qalib müəyyənləşməyib
Bakı, 6 fevral, AZƏRTAC
Futbol üzrə Türkiyə Kubokunun dörddəbir final mərhələsinin birinci oyununda “Trabzonspor” komandası öz meydanında “Ümraniyəspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Medical Park” arenada baş tutan oyunda qalib müəyyənləşməyib.
Türkiyə Kubokunun dörddəbir final mərhələsinin digər görüşləri - “Yeni Malatyaspor”-“Göztəpə”, “Qalatasaray”-“Hatayspor” fevralın 6-sı, “Akhisar Bələdiyəspor”-“Kasımpaşa” isə fevralın 7-si olacaq.