Türkiyə mətbuatı Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşü haqqında yazır
İstanbul, 20 avqust (AZƏRTAC). Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilmiş üçtərəfli görüşü Türkiyə mətbuatında geniş işıqlandırılıb.
Nazirlərin müzakirə etdikləri məsələlər barədə məlumat verən yerli mətbuat yazır ki, bu görüş Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji müttəfiqliyin yaratdığı münasibətlərin göstəricisidir. Qeyd olunur ki, Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli birgə əməkdaşlığı Bakı-Tbilisi-Ceyhan , Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng qlobal layihələrin reallığa çevrilməsinin əsasıdır. Bu və digər beynəlxalq iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması hər üç ölkənin milli maraqlarına aid məsələdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]