Türkiyə millisinin sabiq üzvü dünya çempionatında geyindiyi formanı hərraca çıxarıb
Bakı, 16 fevral, AZƏRTAC
Türkiyə millisinin sabiq üzvü İlhan Mansız ölkəsində baş verən zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün 2002-ci ildə keçirilmiş dünya çempionatının dörddəbir final mərhələsində Seneqalla matçda geyindiyi formanı hərraca çıxarıb.
AZƏRTAC xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında yazıb.
İlhan Mansız formanın ilkin qiymətinin 1 milyon türk lirəsi olduğunu bildirilib. Forma satışından əldə olunan gəlir zərərçəkənlərə dəstək üçün ayrılacaq.
Qeyd edək ki, Koreya Respublikası və Yaponiyanın birgə ev sahibliyi etdiyi dünya çempionatında Seneqal - Türkiyə oyununun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda fərqlənən İ.Mansız komandasının qələbə qolunu vurub - 1:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb
- 08.06.2026 [10:22]
Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər
- 08.06.2026 [06:08]