Türkiyə Müdafiə Nazirliyi PUA hücumlarının dəf edilməsi hazırlığını şərh edib
Ankara, 5 iyun, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi Ukraynanın Rusiya aerodromlarına zərbələr endirməsi xəbərləri fonunda qardaş ölkənin pilotsuz uçuş aparatlarının hücumlarını dəf etməyə hazır olmasına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin Milli Müdafiə Nazirliyi müasir şəraitdə bir çox dövlətlərin döyüş meydanındakı yenilikləri və dəyişiklikləri nəzərə alaraq müharibə aparmaq texnologiyalarını və taktikasını fəal şəkildə inkişaf etdirdiyini qeyd edib.
Nazirlik bildirib: “Türkiyə Silahlı Qüvvələrinin Komandanlığı bütün prosesləri, o cümlədən Rusiya-Ukrayna müharibəsi kontekstində baş verənləri diqqətlə izləyir. Türkiyənin müdafiə potensialını gücləndirməyə, yeni yerli pilotlu və ya pilotsuz silah sistemlərini, eləcə də müdafiə infrastrukturunu inkişaf etdirməyə və təkmilləşdirməyə imkan verən müvafiq nəticələr çıxarılır”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]