Türkiyə Nazirlər Kabineti Qara dənizdə naviqasiya təhlükəsizliyi məsələsini müzakirə edəcək
Ankara, 1 dekabr, AZƏRTAC
Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi mövzusu Türkiyə hökumətinin bugünkü iclasının gündəliyində əsas məsələlərdən biri olacaq.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin üzvləri ötən həftə Türkiyənin müstəsna iqtisadi zonasında Rusiyaya məxsus Kairos və Virat gəmilərində baş verən partlayışların nəticələrini nəzərdən keçirəcəklər.
Bundan əlavə, terrorizmə qarşı mübarizədə səylərin, Suriyada və ümumilikdə Yaxın Şərqdəki proseslərin də müzakirə olunacağı planlaşdırılır.
Ölkədə iqtisadi vəziyyət, xüsusən də əsassız qiymət artımlarının qarşısının alınmasına dair tədbirlər gündəliyin ayrıca maddəsidir.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə tankerlərdə baş verən partlayışlarla bağlı narahatlığını bildirib, baş verənlər gəmiçilik və ətraf mühit üçün ciddi risk, eləcə də insan həyatı üçün təhdid adlandırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]