Türkiyə Prezidenti: “SAHA Expo 2026”da 8 milyard dollarlıq ticarət həcminə nail olunub
İstanbul, 8 may, AZƏRTAC
Türkiyənin müdafiə sənayesi artıq təkcə öz bölgəsində deyil, dünya miqyasında da böyük maraq doğurub, etibar qazanıb. İstanbulda keçirilən “SAHA Expo 2026” sərgisində imzalanan 182 müqavilə ilə ümumilikdə 8 milyard dollarlıq ticarət həcminə nail olunub. Bu məbləğin 6 milyard dollarlıq hissəsini birbaşa ixrac razılaşmaları təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “SAHA Expo 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində çıxışı zamanı bildirib.
Müdafiə, aviasiya və kosmos sektorlarının ən qabaqcıl texnologiyalarının nümayiş etdirildiyi “SAHA 2026”nın mühüm bir görüş nöqtəsi olduğunu bildirən Ərdoğan sərgiyə göstərilən böyük marağa toxunub.
O deyib: “Bu il beşincisini təşkil etdiyimiz sərgimizi yeni müqavilələr və yeni əməkdaşlıqlarla taclandırmağın haqlı sevincini yaşayırıq. “SAHA 2026”da 1500-ü yerli, 263-ü xarici olmaqla, ümumilikdə 1763 şirkət iştirak etdi. Yeni xüsusiyyətləri ilə diqqət çəkən 203 məhsul ilk dəfə nümayiş olundu. 192 rəsmi və 108 satınalma heyəti sektorumuzla birbaşa təmas qurmaq imkanı əldə etdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [18:04]
Marko Rubio: Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb
- 08.05.2026 [17:55]
Qlobal buğda istehsalı bu il 2 faiz azalacaq
- 08.05.2026 [17:34]
İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb
- 08.05.2026 [17:25]
Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib
- 08.05.2026 [17:15]
Bolqarıstanda yeni hökumət formalaşıb
- 08.05.2026 [17:10]
Gürcüstanda hüquq-mühafizə orqanlarının 5 əməldaşı həbs olunub
- 08.05.2026 [16:56]