Şakira futbol üzrə 2026-cı il dünya çempionatının mahnısının anonsunu edib
Bakı, 8 may, AZƏRTAC
Kolumbiyalı müğənni Şakira futbol üzrə 2026-cı il dünya çempionatının rəsmi mahnısının anonsunu edib. “Dai Dai” adlı trek afrobits ifaçısı Burna Boy ilə birgə yazılıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, müğənni premyera barədə sosial şəbəkə hesablarında məlumat yayıb və “Marakana” stadionunda çəkilmiş qısa videonu paylaşıb. Kadrlarda Şakira futbol meydançasında rəqqasların əhatəsində görünür. Müğənninin sözlərinə görə, mahnının tam versiyası mayın 14-də təqdim olunacaq.
“Marakana stadionundan – FIFA 2026 dünya çempionatının rəsmi mahnısı “Dai Dai””, – deyə ifaçı yazıb.
Şakira futbol üzrə dünya çempionatlarının “kraliçası” adlandırılır. Belə ki, onun mahnıları ardıcıl olaraq dörd dünya çempionatını müşayiət edib.
Futbol üzrə 2026-cı il dünya çempionatı iyunun 11-də Meksika milli futbol komandası ilə Cənubi Afrika milli yığması arasında keçiriləcək oyunla başlayacaq. Qarşılaşma Astek stadionunda təşkil olunacaq.
Turnirin final oyunu iyulun 19-na planlaşdırılıb. Görüş “MetLife” arenasında keçiriləcək.
Dünya çempionatı ilk dəfə eyni vaxtda üç ölkədə – ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Turnirdə 48 milli komanda iştirak edəcək. Rusiya yığması əvvəlki kimi yarışdan kənarda saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [18:02]
Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib
- 08.05.2026 [16:45]
Azərbaycanı U-17 Avropa çempionatında təmsil edəcək güləşçilər bəlli olub
- 08.05.2026 [16:40]
“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib
- 08.05.2026 [16:24]
Veteranlar arasında minifutbol turnirinin qalibləri mükafatlandırılıb
- 08.05.2026 [16:10]
Veteranlar arasında minifutbol turnirinə yekun vurulub
- 08.05.2026 [15:46]
Veteran futbolçu: Ulu Öndərin idmana diqqət və qayğısı hər zaman yüksək olub
- 08.05.2026 [15:15]