Türkiyə Prezidenti sentyabr ayında bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək
Bakı, 28 avqust, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayında bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Türkiyə Prezidenti sentyabrın 9-10-da G-20 liderlərinin Hindistanda keçiriləcək Zirvə görüşündə iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-21-də isə BMT Baş Assambleyası ilə əlaqədar ABŞ-a səfər edəcək. O, Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə Prezidentinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl daşınması kimi mövzularda mühüm mesajlar verməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]