Türkiyə Prezidenti Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
Bakı, 25 fevral, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan hələ də Ermənistanın işğalı altında qalan Dağlıq Qarabağın bir hissəsi olan Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini söyləyib.
Türkiyə Prezidenti vurğulayıb ki, 1992-ci ildə qətliama məruz qalan azərbaycanlılar yandırılaraq, gözləri çıxarılaraq, başları kəsilərək öldürülüblər. “Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına başsağlığı veririk”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:11]
Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb
- 06.10.2026 [13:14]
Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər
- 06.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 6 oktyabr
- 06.10.2026 [10:50]