Türkiyə qırıcı təyyarələr üçün mühərrik istehsal etmək istəyir
Bakı, 28 dekabr, AZƏRTAC
Türkiyə ABŞ-ın “General Electric” korporasiyasının F-16 qırıcılarında istifadə olunan F110 mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, Ankara Vaşinqtondan F110 mühərriklərinin müştərək istehsalı üçün icazə istəyib. Türkiyə “Turkish Aerospace Industries” kompaniyasının beşinci nəsil “Kaan” döyüş təyyarəsini iki ədəd F110 mühərriki ilə təchiz etmək niyyətindədir. 2024-cü ilin yanvarında həmin təyyarənin ilk uçuşu nəzərdə tutulub.
“Kaan” qırıcı təyyarəsi üzərində çalışmalar 2017-ci ildən “Milli Döyüş Təyyarələri” proqramı çərçivəsində həyata keçirilir. 2028-ci ildə onun kütləvi istehsalına start verilməlidir. Türkiyə rəsmiləri bildirirlər ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 döyüş təyyarələrini geridə qoyacaq və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində silahlanmada olan F-16 qırıcılarını əvəz edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]