Türkiyə Superliqası: “Beşiktaş” səfərdə “Kasımpaşa”ya uduzub
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 4-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları minimal hesabla üstələyiblər. Oyunda vurulan yeganə qolun müəllifi Aytac Kara olub.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Ərzurumspor” - "Konyaspor" - 1:2;
"Alanyaspor" - "Gənclərbirliyi" - 1:2;
"Ankaragücü" - "Antalyaspor" - 1:0;
"Başakşəhər" - "Yeni Malatyaspor" - 3:1.
Tura aprelin 5-də keçiriləcək "Fənərbağça" - "Dənizlispor" matçı ilə yekun vurulacaq.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 59 xala malik olan “Fənərbağça” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]