Türkiyə Superliqası: “Fənərbağça” öz meydanında qələbə qazanıb
Bakı, 2 fevral, İlyas Zeynallı, AZƏRTAC
Fevralın 1-də futbol üzrə Türkiyə Superliqasının XX turunun ilk görüşündə turnir cədvəlində 14-cü pillədə qərarlaşan İstanbulun “Fənərbağça” komandası doğma meydanda “Göztəpə” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib meydan sahibləri olub. Qarşılaşmanın 7-ci dəqiqəsində “Fənərbağça”nın hücumçusu Andre Ayev hesabı açıb. Meydan sahibləri görüşün 73-cü dəqiqəsində yeni transfer olmuş Viktor Mozesin qolu ilə hesabı 2-yə çatdırıblar. Oyun elə bu hesabla da başa çatıb.
Bu qalibiyyət sayəsində “Fənərbağça” xallarının sayını 23-ə çatdıraraq turnir cədvəlində 12-ci pilləyə qalxıb. “Göztəpə” isə 22 xalla geriləyərək 13-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları fevralın 2, 3 və 4-ü keçiriləcək. Türkiyə Superliqasının XX turunun digər oyunları aşağıdakılardır:
“Yeni Malatyaspor” - “Kayserispor”,
“Kasımpaşa” - “Sivasspor”,
“Trabzonspor” - “Ankaragücü”,
“Alanyaspor” - “Qalatasaray”,
“Ərzurumspor” - “Rizespor”,
“Akhisar Bələdiyəspor” - “Başakşəhər”,
“Antalyaspor” - “Beşiktaş”,
“Bursaspor”-“Konyaspor”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]