Türkiyə taxıl sazişinin reallaşmasını vacib hesab edir
Bakı, 17 iyun, AZƏRTAC
Türkiyə Qara dəniz taxıl təşəbbüsünün reallaşmasını vacib hesab edir.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Güler NATO-nun Brüssel görüşünün nəticələrinə əsasən deyib.
“Qara dəniz taxıl təşəbbüsünün reallaşması çərçivəsində dünya bazarına 32 milyon ton kənd təsərrüfatı məhsulu çatdırılıb. Taxılın sürətli, təhlükəsiz və planlı tədarükünün davam etməsi ərzaq təhlükəsizliyinin təmin olunması üçün vacibdir”, - deyə Yaşar Güler vurğulayıb.
Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda Ukrayna taxılının və gübrənin beynəlxalq bazara çatdırılması üzrə sənədlər paketi imzalanıb. Razılaşma ilkin olaraq 120 gün müddətinə nəzərdə tutulsa da, sonradan bir neçə dəfə uzadılıb.
Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbul razılaşmasının Moskvaya aid hissəsinin işə düşməyəcəyi təqdirdə taxıl sazişinin uzadılmayacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]