Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
Ankara, 12 mart, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, prezidentlər Moskvada martın 5-də Suriyanın İdlib bölgəsindəki böhranlı vəziyyəti həll etmək üçün əldə etdikləri razılığa dair protokolda qeyd olunan məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Rusiya ilə Türkiyə arasındakı razılığa əsasən, martın 6-da İdlib bölgəsində atəşkəs elan edilib. Ötən günlər bölgədə ciddi insident yaradan qarşıdurma müşahidə olunmayıb. İmzalanan anlaşmanın şərtlərinin icra edilməsi üçün martın 9-dan etibarən Ankarada iki ölkənin silahlı qüvvələrini təmsil edən heyətlər arasında müzakirələr aparılır. Anlaşmaya görə, Türkiyə və Rusiya hərbçiləri martın 15-dən etibarən İdlib bölgəsində birgə patrul xidməti aparacaqlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]