Türkiyədə avtobus qəzaya uğrayıb: ölən və yaralananlar var
İstanbul, 13 iyul, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Muğla vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, çox sayda yaralı var.
AZƏRTAC xəbər verir ki, şəhərin Ula rayonu ərazisində baş verən qəza avtobus sürücüsünün sükana nəzarəti itirməsi nəticəsində olub. Əyləcinin işləmədiyi müəyyən olunan avtobus üç avtomobil ilə toqquşduqdan sonra bir bağça divarına çırpılıb.
Hadisə ilə bağlı açıqlama verən Ula Bələdiyyəsinin başçısı Mehmet Caner avtobusun Dənizlidən gəldiyini deyib. Bildirilib ki, avtobusun divara çırpılması nəticəsində 11 yaşlı bir qız həyatını itirib. Yaralılar xəstəxanalara yerləşdirilirlər. Onlardan üçünün vəziyyəti ağırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]