Türkiyədə bir gündə 55 minə yaxın koronavirus testi keçirilib
Ankara, 4 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusala (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 4-də ümumilikdə 54 min 234 nəfər yoxlamadan keçirilib. Onlardan 988 nəfərdə virus aşkarlanıb.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 926 nəfər sağalıb, 21 nəfər dünyasını dəyişib. Gündəlik sağalmada artım, ölümdə azalma qeydə alınıb.
Bu vaxtadək 2 milyon 209 min 583 nəfər koronavirus testindən keçirilib. Hazırda 692 nəfər reanimasiyada, 265 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 630 xəstə dünyasını dəyişib, 131 min 778 xəstə sağalıb.
Məlum pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması planlı şəkildə həyata keçirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]