Türkiyədə koronavirus təhlükəsinə görə məktəblər tətilə buraxılıb
Ankara, 12 mart, AZƏRTAC
Türkiyənin Prezident Administrasiyasında COVID-19 infeksiyası ilə bağlı toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının qərarları Prezidentin müşaviri İbrahim Kalın tərəfindən ictimaiyyətə çatdırılıb.
Müşavir məlumat verib ki, martın 16-dan etibarən ölkədə bütün ibtidai və orta məktəblər, eləcə də liseylər tətilə buraxılır. Hələlik tətilin bir həftə olması nəzərdə tutulub.
Tətildən sonra dərslər daha bir həftə müddətinə internet və televiziya kanalları vasitəsilə veriləcək. Universitetlərdə tətil müddəti martın 16-dan etibarən 3 həftə olacaq.
Bundan başqa idman yarışları tamaşaçılar olmadan keçiriləcək. Dövlət başçısının xarici ölkələrə səfərləri bir müddət təxirə salınacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]